Dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası hazırlanacaq

Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydaları hazırlanacaq.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi"nin təsdiqi haqqında" Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. meqale.com