Çində “dünyanın ən tənbəl adamı” seçildi
Çinin Daxili Monqolustan bölgəsinin Batou şəhərində yüzlərlə iştirakçı "dünyanın ən tənbəl adamı" titulunu qazanmaq üçün bir araya gəlib.
meqale.com-ın məlumatına görə, "Üfüqi yatma" adlandırılan bu yarışmada iştirakçılar uzun müddət tərpənmədən uzanaraq öz dözümlərini sınağa çəkiblər.
Ev dekorasiya brendi tərəfindən təşkil olunan tədbir artıq üçüncü dəfədir keçirilir. Təşkilatçıların sözlərinə görə, yarışın nə vaxt başa çatacağı əvvəlcədən müəyyən olunmur, qalib ən çox uzana bilən şəxs olur.
Yarışmacılara telefonla vaxt keçirmək, kitab oxumaq və hətta yemək sifariş etmək icazə verilsə də, ayağa qalxmaq və tualetə getmək tamamilə qadağandır. Bu səbəblə bəzi iştirakçılar bütün yarış boyunca bezdən istifadə etməli olublar.
Tədbir qeyri-adi qaydaları və diqqətçəkən görüntüləri ilə sosial şəbəkələrdə böyük maraq toplayıb.