“Estetikim yoxdur” - FOTO
Model Kendall Cenner son vaxtlar səslənən estetik müdaxilə iddialarına münasibət bildirib. O, üz cizgilərində ciddi kosmetik əməliyyatların aparılması ilə bağlı şayiələri təkzib edib.
meqale.com-ın məlumatına görə, Kendall yalnız minimal prosedurlara müraciət etdiyini açıqlayıb. Model qeyd edib ki, alnına iki dəfə "baby botoks" tətbiq etdirib, lakin nəticədən razı qalmayıb:
"Bu proseduru sınadım, amma bəyənmədim və indi də sevmirəm. Bəzən yenidən etdirməyi düşünürəm, amma qaşlarım təbii olaraq çox düz və gözlərimə yaxın yerləşdiyi üçün mimikalarımın itməsindən narahat oluram. Üz ifadəmin dəyişməsini istəmədiyim üçün davam etdirmirəm", - deyə Cenner vurğulayıb.
Model əlavə edib ki, təbii görünüşünü qorumaq onun üçün hər zaman prioritet olub və buna görə də invaziv estetik müdaxilələrdən uzaq durmağa çalışır.