Hollandiya hərbçiləri dronlara atəş açdı, amma PUA-lar yoxa çıxdı
Hollandiya hərbçiləri ölkənin şərq bölgəsində yerləşən aviabaza üzərində müşahidə edilən dronlara atəş açıb. Lakin dronlar ərazidən uzaqlaşaraq yoxa çıxıb və onlara aid heç bir qalıq tapılmayıb.
meqale.com xəbər verir ki, bu barədə məlumat Hollandiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb.
Müdafiə naziri Ruben Brekelmans bildirib ki, Eyndhoven hava limanı yaxınlığında bir neçə pilotsuz uçuş aparatının (PUA) görünməsi səbəbindən hava limanında fəaliyyət müvəqqəti dayandırılıb.