BMW elə bir bolt hazırlayır ki, heç bir usta aça bilməyəcək

BMW avtomobillərin təmirini məhdudlaşdıran yeni vint başlığı dizaynı üçün patent alıb.

BMW elə bir bolt hazırlayır ki, heç bir usta aça bilməyəcək
BMW avtomobillərin təmirini məhdudlaşdıran yeni vint başlığı dizaynı üçün patent alıb.

meqale.com xəbər verir ki, yeni vintlərin başlığı şirkətin dairəvi loqosuna bənzəyir və adi alətlərlə açılması çətin olacaq.

Patent sənədlərində qeyd olunur ki, vint başlığının yalnız iki hissəsində alətin girə biləcəyi boşluq var, digər hissələr isə hamardır. Bu quruluş standart tornavidalar və açarların istifadəsini faktiki olaraq mümkünsüz edir. Vintin kənar hissəsində isə BMW loqosu həkk olunub.

BMW bu vintlərin əsasən konstruktiv və yarımkonstruktiv hissələrdə, o cümlədən oturacaqların bərkidilməsi və salonla kuzov arasındakı birləşmələrdə istifadə oluna biləcəyini göstərir. Məqsəd icazəsiz şəxslərin bu hissələri açmasının qarşısını almaq və təmir işlərini rəsmi dilerlərə yönəltməkdir.

Şirkət bu yanaşma ilə müstəqil ustaların və avtomobil sahiblərinin bəzi təmir işlərini özləri həyata keçirməsini çətinləşdirə bilər. Bu isə "özün təmir et" tərəfdarları arasında narazılıq yarada bilər.

Qeyd olunur ki, patentin mövcud olması onun mütləq istehsalda tətbiq ediləcəyi demək deyil. Bir çox patentlər praktik istifadəyə keçmir. Lakin bu dizayn tətbiq olunarsa, sadə əməliyyatlar belə yalnız rəsmi servislərdə mümkün ola bilər.