Bloqer və AXCP sədri indi niyə şikayətlənir, kimə sığınmaq istəyir?

Bloqer və həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin siyasi fəaliyyətinin analizi zamanı onun liderlik xüsusiyyətlərindən məhrum bir şəxs kimi davranışı diqqəti cəlb edir. Siyasi səhnədə radikal müxalifətin ən görkəmli simalarından biri kimi tanınan Kərimlinin uşaqlıq təfəkküründən çıxmadığı, bu səbəbdən də onun rəhbərlik etdiyi müxalifətin heç bir real perspektivə sahib olmadığı fikri geniş yayılıb.

Bloqer və AXCP sədri indi niyə şikayətlənir, kimə sığınmaq istəyir?
Bloqer və həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin siyasi fəaliyyətinin analizi zamanı onun liderlik xüsusiyyətlərindən məhrum bir şəxs kimi davranışı diqqəti cəlb edir. Siyasi səhnədə radikal müxalifətin ən görkəmli simalarından biri kimi tanınan Kərimlinin uşaqlıq təfəkküründən çıxmadığı, bu səbəbdən də onun rəhbərlik etdiyi müxalifətin heç bir real perspektivə sahib olmadığı fikri geniş yayılıb.

Əli Kərimli çoxlarının gözündə uşaq təfəkküründən çıxmamış bir şəxs kimi qəbul olunur. Onun bu təfəkkürü siyasi arenada radikal müxalifətin potensialını məhdudlaşdırır. Belə ki, Kərimli, hələ də özünü güclü lider kimi göstərməyə çalışsa da, onun addımları bir çox hallarda məsuliyyətsiz və qeyri-ciddi olaraq qəbul edilir. Bu, xüsusilə onun, hələ heç bir konkret qərarın olmadığı vəziyyətlərdə, uşaq kimi səs-küy salaraq ABŞ səfirinin qucağına sığınmasında açıq-aydın görünür.

Kərimlinin siyasi fəaliyyəti boyunca onun liderlik xüsusiyyətlərindən məhrum bir şəxs olduğu dəfələrlə nəzərə çarpıb. Bu, onun müxtəlif zamanlarda az sayda gəncləri ön plana çıxarıb, özü isə arxa planda qalması ilə bağlı müşahidələrdə də öz əksini tapır. Həmişə bir addım geri duran, əsl mübarizədən uzaqlaşan Kərimlinin bu strategiyası, onun liderlik iddiasının zəifliyini açıq şəkildə göstərir.

Əli Kərimli liderlik iddialarına baxmayaraq, onun ictimaiyyət qarşısında tez-tez səsləndirdiyi şikayətlər ona olan inamı sarsıdır. "Mənə pasport vermirlər", "mənim evimdə internet zəif işləyir" kimi bəhanələr onun özünü bir lider kimi göstərə bilməməsinin bariz nümunəsidir. Bir lider olaraq xalqı arxasınca aparmalı olan birinin belə şikayətlərlə çıxış etməsi, onun ciddi bir siyasi sima kimi qəbul edilməsinə mane olur.

Bu cür şikayətlər Kərimlinin siyasi strategiyasında müvəffəqiyyət əldə edə bilməməsinə də işarə edir. Əslində, o, özünü və tərəfdarlarını bu cür məsələlər üzərindən manipulyasiya etməyə çalışsa da, bu strategiya müvəffəqiyyətə nail ola bilmir.

Əli Kərimlinin son zamanlar özünü yazıq görkəmdə göstərərək bir-bir səfirliklərin qapısını döyməsi, onun siyasi fəaliyyətdə yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Hələ ortada heç bir konkret qərar yoxdur, lakin Kərimli artıq özünə yazıq bir görkəm verərək, beynəlxalq ictimaiyyətin dəstəyini almağa çalışır. Bu cür addımlar, onun liderlik iddialarının zəifliyini və özünə inamının olmamasını bir daha təsdiqləyir.

Əli Kərimlinin siyasi fəaliyyəti, onun uşaq təfəkküründən çıxmayan və liderlik xüsusiyyətlərindən məhrum bir şəxs olduğunu göstərir. Onun radikal müxalifətin rəhbəri olaraq ortaya qoyduğu strategiyalar, uzun müddət ərzində heç bir real perspektivə sahib olmamış və bu gün də dəyişməz olaraq qalır. AXCP sədrinin Kərimlinin səfirliklər qarşısında özünü yazıq görkəmində göstərməsi, onun siyasi arenada daha ciddi bir yer tutmaq üçün mübarizə aparmaq əvəzinə, daha asan və manipulyativ yollara əl atdığını göstərir. Bu isə, onun liderlik iddialarını daha da zəiflədir və onu radikal müxalifətin ən zəif bəndi olaraq qoyur.

Azərbaycanın müasir siyasi mühitində radikal müxalifət partiyalarının durumu ciddi suallar doğurur. Bu kontekstdə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun sədri Əli Kərimlinin fəaliyyətini təhlil etmək xüsusilə maraqlıdır. AXCP-nin siyasi meydanda göstərdiyi uğursuzluqlar və bu partiyanın liderinin bir sıra strateji səhvləri, radikal müxalifətin qarşılaşdığı böhranın əsas səbəblərindən biridir.

Əli Kərimli uzun illərdir ki, müxalifət lideri kimi çıxış etməyə çalışsa da, bu sahədəki fəaliyyəti demək olar ki, heç bir ciddi nəticə verməyib. Onun rəhbərliyi altında AXCP-nin real siyasi güc əldə etməsi mümkün olmayıb. Əksinə, partiya hər keçən gün daha da zəifləyib və siyasi arenada öz nüfuzunu tamamilə itirib. Bu, Əli Kərimlinin həm partiya daxilində, həm də cəmiyyətin müxalifətə ehtiyac duyan təbəqələri arasında kifayət qədər zəif və bacarıqsız bir lider olduğunu göstərir.

AXCP-nin növbədənkənar parlament seçkilərini boykot etmək qərarı partiyanın siyasi məğlubiyyətinin və liderinin yarıtmazlığının bariz nümunəsidir. Bu qərar partiyanın onsuz da məhdud olan nüfuzuna ciddi zərbə vurdu. Əli Kərimli, bu qərarla özünün və partiyasının real siyasi mübarizədən və seçkiqabağı parlament mübarizəsindən çəkindiyini, uğursuzluğunu bir daha təsdiq etdi. Boykot taktikasının arxasında duran əsas səbəb, əslində, Əli Kərimlinin özünə inamsızlığı və siyasət meydanında gücsüz olmasıdır.

Boykot qərarı ilə AXCP cəmiyyətin siyasi dəyişiklik arzusunu tamamilə nəzərə almamış və bu arzuya cavab vermək əvəzinə, özünü siyasi oyunun kənarında tutmuşdur. Bu, bir tərəfdən partiyanın cəmiyyətin gözündə mikroskopik nüfuzunu daha da zəiflədib, digər tərəfdən isə Əli Kərimlinin siyasi lider olaraq bacarıqsızlığını ortaya qoyub.

AXCP-nin radikal müxalifətin simvolu kimi qəbul edildiyi dövrlər artıq geridə qalıb. Əli Kərimlinin uğursuz və perspektivsiz siyasəti, partiyanı tamamilə zəiflədib və radikal müxalifətin böhranını daha da dərinləşdirib. Partiyanın növbədənkənar parlament seçkilərini boykot etməsi, Əli Kərimlinin real siyasi mübarizədən çəkindiyini və öz zəifliyini etiraf etdiyini göstərir. Bu strateji səhv, həm AXCP-nin, həm də Əli Kərimlinin siyasi gələcəyinin olmadığını bir daha təsdiqləyir.

Azərbaycanın müasir siyasi mənzərəsində AXCP-nin yerinin nə qədər zəif və əhəmiyyətsiz olduğunu göstərmək, gələcək siyasi hadisələrin inkişafını daha yaxşı anlamaq üçün Əli Kərimliyə diqqətlə baxmaq yetər.

Məntiqlə o, dəyişməli, siyasi təfəkkürün nə olduğunu anlamalı, normal siyasi fəaliyyətə başlamalıdır.

Amma nə olsun - Əli Kərimlinin eyninə deyil. Sürəkli siyasi ekstatik vəziyyətə qapılan bloqer daha sonra yazıb: "Nə oldu, bəs özündənrazı "çoxbilmişlər" deyirdi ki, seçkini boykot mümkün deyil? Bəs deyirdilər ki, müxalifətin qərarı, seçkiyə gedib-getməməsi heç nəyə təsir etməyəcək? Bəs iddia edirdilər ki, heç bir boykot qərarı seçki fəallığına təsir etməz?"

Əli Kərimli, and olsun Fuad Qəhrəmanlının inadına, Gültəkin Hacıyevanın plastik iradlarına və Cəmil Həsənlinin hikkəsinə - boykot qərarı heç nəyə təsir etməyib, edə də bilməzdi.

Sosial şəbəkələrdə, xüsusilə də Facebook-da və TikTok-da trollarının, hərəsi onlarla profil yaradıb "Yaşasın Əli bəy!" tipli mədhiyyə şərhləri yazan, komanda alanda da hədəf göstərilmiş adama yığnaqlaşıb hücuma keçən klaviatura şirləriin dəstəyi heç bir halda nə sosial baza, nə də elektoral kütlə demək deyil.

Son illərin ən uğursuz siyasi bloqerlərindən biri, həm də AXCP sədri olan Əli Kərimli hər dəfə nə isə demək və ya yazmaq istəyir, deyir, yazır, sonra isə sosial şəbəkələrdə lağlağı, ironiya obyektinə çevrilir.

Sadəcə, Əli Kərimliyə stavka edərək Azərbaycanda daxili siyasi çaxnaşma yaratmaq istəyənlərə və belə ssenari hazırlayanlara yazığım gəlir.

Daha nüfuzlu, ciddi marionet tapmadınızmı?

Orxan Hun meqale.com