Blinken İsrail prezidenti ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken İsrail Prezidenti İsxak Hersoqla görüşüb

Blinken İsrail prezidenti ilə görüşüb
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken İsrail Prezidenti İsxak Hersoqla görüşüb

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Blinken "X" sosial şəbəkə hesabında paylaşım edib.

"ABŞ-nin İsrail vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün lazım olan yardımı göstərəcəyini təsdiqlədim", - deyə qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.