"Barselona"da Flik və Deko arasında fikir ayrılığı yaranıb
"Barselona"da müdafiə xəttinin gücləndirilməsi prioritet olaraq qalır.
meqale.com xəbər verir ki, baş məşqçi Hansi Flik bu mövqedə başlıca transfer hədəfi kimi "Borussia Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterbeki görür.
Lakin, klubun idman direktoru Deko daha çox "İnter"in ulduzu Alessandro Bastonini bəyənir. Buna baxmayaraq, italiyalı futbolçunun transferi hazırda çətin görünür: Bastoninin qiyməti çox yüksəkdir və oyunçunun "İnter"dən ayrılmağa isti baxmadığı bildirilir.