Qvardiola “təhdid” etdi - Haaland çəkisini açıqladı - FOTO
"Mançester Siti"nin aparıcı hücumçusu Erlinq Haaland baş məşqçi Pep Qvardiolanın Milad tətili ilə bağlı sərt xəbərdarlığına özünəməxsus cavab verib.
meqale.com-ın məlumatına görə, norveçli futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, bir neçə gün əvvəl Pep Qvardiola futbolçularına müraciət edərək, tətil dövründən artıq çəki ilə qayıdan oyunçuların Premyer Liqanın 18-ci turunda "Nottinqem Forest"lə keçiriləcək matçın heyətinə salınmayacağını bildirmişdi.
Haaland isə məşqçisinin tələblərinə əməl etdiyini nümayiş etdirmək məqsədilə tərəzi üzərində çəkisini əks etdirən foto paylaşıb. 94,4 kiloqram olduğunu göstərən görüntüyə "Hər şey qaydasındadır" qeydi əlavə edən ulduz hücumçu formasını qoruduğunu diqqətə çatdırıb.
Bu paylaşım azarkeşlər tərəfindən Haalandın peşəkar və intizamlı yanaşması, eləcə də Qvardiolanın xəbərdarlıqlarını ciddiyə aldığı kimi dəyərləndirilib.