Bakıda müəllimlər 1088 manat maaş alırlar - RƏSMİ
2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1088 manat təşkil edib.
Bu barədə meqale.com BŞTİ-dən məlumat verilib.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin isə orta aylıq əmək haqqı 590 manat təşkil edib.