"Moskvada 3 otaqlı ev almışam"
"Moskvada 3 otaqlı ev almışam. Allah hamıya qismət etsin. Evimdə mahnı oxuya bilmirəm. Qonşular qapını döyür ki, sakit olun. Başa düşmürlər oxumağımı".
meqale.com xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın canlı yayımda olarkən deyib. Sənətçi Rusiyada ev alması haqda sualları təsdiqləyib.
Oğlu Əlhəmdən danışan ifaçı "Övladınızı niyə evləndirmirsiniz" sualına belə cavab verib:
"Evlənməyi oğluma buraxmışam. Elə bir anayam ki, istəyirəm oğlum seçsin, sevsin, mən də "hə" deyim. Kimi sevsə, onu da alacağam. Oğluma deyirəm, qocaldın evlənmədin. Amma yaxşı edir. Ağıllıdır, özü bilir nə edir".
O, övladının şeirlərinə müğənnilərin mahnı oxuması istəyinə "Oğlum qəzəllər yazır. Füzuli kimi yazır. Nəsimi kimi yazmır ki, ona da mahnı oxusunlar (Afət Fərmanqızının İmadəddin Nəsiminin sözlərinə oxuduğu mahnını oxuyur - red.). Elə oxumasalar yaxşıdır" reaksiyasını verib.
F.Laçın heç vaxt stilistlə işləmədiyini deyib: