Əfsanəvi baş məşqçi vəfat etdi
Fransalı futbol məşqçisi və futbol dünyasının "rəmzi" simalarından biri olan Jan-Lui Qas 72 yaşında dünyasını dəyişib.
meqale.com xəbər verir ki, Qassetin həyatı, atası Bernar Qassetin Lui Nikollin ilə birlikdə təsis etdiyi "Monpelye" klubu ilə sıx bağlı olub. Monpelyedə doğulan Jan-Lui 1975-1985-ci illər arasında bu klubun heyətində yarımmüdafiəçi kimi 231 oyuna çıxıb. Futbolçu karyerasından sonra o, üç fərqli dövrdə (sonuncusu ötən il olmaqla) komandaya baş məşqçilik edib.
Uzun müddət Loran Blanın köməkçisi kimi "Bordo", "Paris Sen-Jermen" və 2010-2012-ci illərdə Fransa milli komandasında çalışıb.
"Sent-Etyen", "Bordo" və yaxın keçmişdə "Marsel" komandalarına rəhbərlik edib.