Paşinyan: Ermənistan 2026-cı ildə "Tramp Marşrutu"ndan irəliləyiş gözləyir
2026-cı ildə "Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki mərhələsinin həyata keçirilməsinə başlanacaq və bu, Ermənistan üçün böyük bir fürsətdir.
meqale.com report-a istinadən xəbər verir ki, bunu dekabrın 26-da adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan Dövlət Gəlirləri Komitəsindəki çıxışında deyib.
"Biz 2026-cı ildə TRIPP-in praktik mərhələsinə daxil oluruq, lakin biz bu fürsətdən bütün gömrük məntəqələrimizdə tamamilə yeni texniki və məzmun təchizat səviyyəsinə çatmaq üçün istifadə edirik. Bu bizim üçün bir çağırış olsa da, digər tərəfdən, çox böyük bir imkandır. Çünki bu gün biz 8 avqust tarixli sazişlər sayəsində bütün müasir texnologiyalara çıxışa malikik və bu texnologiyalar işimizi daha keyfiyyətli yerinə yetirməyə kömək edəcək", - Paşinyan bildirib.