950 milyon sərvəti var, dolana bilmədiyini açıqladı - İş adamı gündəmdə - FOTO
Türkiyədə "ESAS" Holdinqin İdarə Heyətinin sədri Ali Sabancı "Fast Company Türkiye" tərəfindən İstanbulda təşkil edilən 2025-ci ilin son "CEO Council" tədbirində çıxışı ilə gündəmi olub. Milyarder iş adamı çıxışında "Dolana bilmirəm" ifadəsini işlədib.
meqale.com xəbər verir ki, sualları cavablandıran Ali Sabancı rəhbərlik etdiyi şirkətin fəaliyyəti haqqında mühüm rəqəmlər paylaşıb:
Sabancı insanların maddi ambisiyalarından danışarkən özünü nümunə gətirib: "Hər kəsin maddi məqsədləri var. Bilirsinizmi, mənim də maddi ambisiyalarım var. Mən dolana bilmirəm. Yəni, arzuladıqlarımla müqayisədə keçinə bilmirəm. Buna görə də işi çox doğru qurmaq lazımdır. İnsanları maliyyə cəhətdən 'sərxoş edəcək' strukturlar olmalıdır ki, istedadlı kadrlar başqa yerə getməsinlər."
Ali Sabancı Türkiyədəki iqtisadi gündəmlə qlobal reallıqları müqayisə edib: "Biz elə bir ölkədə yaşayırıq ki, təbii olaraq 'faiz nə olacaq?', 'inflyasiya nə olacaq?' suallarına köklənirik. Halbuki Londona enəndə və pasport nəzarətindəki məmur 'səfərinizin məqsədi nədir?' deyə soruşanda real dünyanın nə qədər böyük olduğunu anlayırsan."
İş adamı qlobal oyunçu olmağın vacibliyini maraqlı bənzətmə ilə izah edib: "Mən 'türkləri bəyənmirəm' demirəm. Amma Yaponiyaya gedəndə kababçıya deyil, suşi yeməyə getməlisən. Mühit nəyi tələb edirsə, onu etməlisən. Bunun üçün də tez-tez buradan (Türkiyədən) çıxmaq lazımdır. Buradan çıxanda hər şeyi daha yaxşı anlayırsan."