Ayağı ağrıyır deyə həkimə getdi, şoka düşdü - 16 il əvvəl ... - VİDEO

16 il əvvəl Kayseridə ayağından tüfənglə vurularaq yaralanan Kadir Durdunun əməliyyat zamanı ayağında bez parça unudulub.

Ayağı ağrıyır deyə həkimə getdi, şoka düşdü - 16 il əvvəl ... - VİDEO
16 il əvvəl Kayseridə ayağından tüfənglə vurularaq yaralanan Kadir Durdunun əməliyyat zamanı ayağında bez parça unudulub.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, davamlı ağrıları olan Durdu müayinə üçün getdiyi özəl xəstəxanada həqiqəti öyrənərkən çox təəccüblənib.

Kadir Durdunun həmin vaxt edilən əməliyyat zamanı yaralanan sol ayağında bir parçanın unudulduğu məlum olub.

Yenidən əməliyyat edilən Kadir Durdunun ayağındaki əski parçaları olan qranuloma bənzər toxumalar tamamilə təmizlənib.

Kadir Durdu, "15-16 il bir parça ilə yaşamışam. Bunu edənlərin cəzalandırılmasını istəyirəm" deyib.