Ana oğlunu öldürüb, bədənini parçalara ayırdı - Rusiya bu qətldən danışır - FOTO

Moskvanın şərqindəki Qolyanovski gölündə altı yaşlı uşağın kəsilmiş başı olan zibil torbası tapılıb.

Ana oğlunu öldürüb, bədənini parçalara ayırdı - Rusiya bu qətldən danışır - FOTO
Moskvanın şərqindəki Qolyanovski gölündə altı yaşlı uşağın kəsilmiş başı olan zibil torbası tapılıb.

meqale.com Rusiya mətbuatına istinadən xəbər verir ki, uşağın anası Yelena qətldə şübhəli bilinərək saxlanılıb.

Məlum olub ki, Moskva vilayətinin Balaşixa sakini altı yaşlı oğlunu qətlə yetirib, onun bədənini parçalara ayırıb. Qadın cinayəti etiraf edib, o hadisəni törədən zaman sərxoş vəziyyətdə olduğunu bildirib. 

"O, oğlunu öldürüb, meyitini parçalayıb və qalıqlarını Moskvadakı Qolyanovski gölünə atıb. Qadın cinayətin səbəblərini izah edə bilməyib. Müstəntiqlər hadisə yerinə baxış keçirib. Maddi sübutlar və bıçaqlar götürülüb, bir sıra məhkəmə-tibb ekspertizaları təyin edilib. Şübhəli şəxs psixiatrik müayinədən keçəcək", - Rusiya mətbuatı yazıb. 

Hadisənin təfərrüatları müəyyənləşdirilir.