Almaniyanın müdafiə naziri İsrailə getdi

Almaniya müdafiə naziri Boris Pistorius və onun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailin Tel-Əviv şəhərinə uçub.

Almaniyanın müdafiə naziri İsrailə getdi
Almaniya müdafiə naziri Boris Pistorius və onun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailin Tel-Əviv şəhərinə uçub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın ZDF telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Pistorius İsrailə hərbi əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün gedib. O, İsrailin müdafiə naziri Yoav Qalantla görüşəcək.