Almaniya və Ermənistan XİN rəhbərləri görüşdü

Almaniya xarici işlər naziri Annalena Berbok və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb.

Almaniya və Ermənistan XİN rəhbərləri görüşdü
Almaniya xarici işlər naziri Annalena Berbok və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü "X" hesabında bildirib.

Onun sözlərinə görə, XİN rəhbərləri arasında təkbətək görüş baş tutub.

Nazirlərin hazırda geniş tərkibli görüşü keçirilir.

Xatırladaq ki, Almaniya xarici işlər naziri regiona səfəri çərçivəsində Azərbaycana da gələcək.