Ağstafada maşın hasara çırpıldı - Xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Ağstafada maşın hasara çırpıldı - Xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı 2002-ci il təvəllüdlü E.Bayramov və 2004-cü il təvəllüdlü S.Rzayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.