“Hər kəsdən üzr istəyirəm...” - FOTO

Xəbər verdiyimiz kimi, rejissor Suada Qarayevanın çəkdiyi "Məhsəti" qısametrajlı filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalının proqramından çıxarılıb.

“Hər kəsdən üzr istəyirəm...” - FOTO
Xəbər verdiyimiz kimi, rejissor Suada Qarayevanın çəkdiyi "Məhsəti" qısametrajlı filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalının proqramından çıxarılıb.

meqale.com-ın məlumatına görə, tənqidlərdən sonra rejissor sosial şəbəkə hesabında açıqlama verərək üzr istəyib.

Sabiq nazirin qızı görkəmli şairəmizi əxlaqsız qadın kimi təqdim edib?

O bildirib ki, paylaşımı tənqid məqsədi daşımayıb, yalnız emosional şəxsi fikirlərdən ibarət olub və sözlərinin yanlış anlaşılmasından təəssüf edir. Suada Qarayevanın sözlərinə görə, milli-mədəni dəyərlərə hörməti hər zaman dəyişməzdir və incinən hər kəsdən üzr istəyir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii Şura filmlə bağlı açıqlamasında ekran işində ədəbiyyat irsinə hörmətsizlik edildiyini, Azərbaycanın klassik mədəniyyətində xüsusi yeri olan Məhsəti Gəncəvi obrazının təhrif olunduğunu və etik normalara zidd təqdimatın yer aldığını bildirib. Açıqlamada şairənin obrazının əxlaqsız şəkildə təsvir edildiyi və səhnələrlə mənəvi kimlik arasında ciddi uyğunsuzluqların olduğu vurğulanıb.

Xatırladaq ki, Suada Qarayevanın sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı olduğu da qeyd olunur.