Hansı müayinələr hər kəs üçün vacibdir?
"Profilaktik məqsədlə hər bir fərdin ildə ən azı bir dəfə terapevt müayinəsindən keçməsi tövsiyə olunur".
meqale.com xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.
Onun sözlərinə görə, bu müayinə çərçivəsində ümumi qan və sidik analizləri, arterial təzyiqin ölçülməsi, qanda qlükoza səviyyəsinin yoxlanılması, lipid profili, bədən kütlə indeksinin hesablanması aparılmalıdır:
"Yaşdan və risk faktorlarından asılı olaraq, elektrokardioqrafiya, qaraciyər və böyrək funksional testləri, həmçinin göz və diş müayinələri məsləhət görülür. Qadınlarda ginekoloji, kişilərdə uroloji profilaktik müayinələr mütləqdir". Nəzərə çatdırıb ki, xəstələr müayinəyə acqarına gəlməlidirlən. İzah edib ki, onu müayinə edəndə, hansısa bir şikayətə uyğun analiz tələb oluna bilər. Öd kisəsi, öd yolları və mədəaltı vəzin acqarına müayinəsi daha rahatdır: "Xəstə qidalanıb müayinəyə gələndə bəzi detallar sonoqrafik müayinədə gözdən qaça bilər".