"Milyonçu"ya qatılmışdı, çəlləkdən meyiti tapıldı - FOTO
Kocaelinin İzmit rayonunda itkin düşdüyü bildirilən 64 yaşlı Sadık Savurtaş adlı kişi çəlləyin içində ölü vəziyyətdə tapılıb.
meqale.com xəbər verir ki, hadisə Eseler Məhəlləsində baş verib. Evə qayıtmayan Sadık Savurtaşın qohumları itkin düşdüyünü jandarmaya bildiriblər.
Əraziyə genişmiqyaslı axtarış əməliyyatı təşkil olunub. Aparılan axtarış nəticəsində Sadık Savurtaş öz bağçasındakı çəlləkdə ölü tapılıb.
Hadisə yerinə tibbi briqadalar göndərilib, yoxlamalar nəticəsində onun öldüyü təsdiqlənib. Vilayət Jandarma Komandanlığının Cinayət Yeri Araşdırma qrupları və Respublika Prokuroru hadisə yerində araşdırma aparıb. Cəsəd Məhkəmə Tibbi Ekspertizası İnstitutunun morquna göndərilib, ölüm səbəbi müəyyən ediləcək.
Qeyd edək ki, Sadık Savurtaş altı il əvvəl "Kim Milyoner Olmaq İstər?" yarışmasında iştirak edib.