2026-da pulu qızıla yatırmaq olar, ya yox? - AÇIQLAMA
2026-cı ildə qızıl investisiya üçün faydalı ola bilər.
meqale.com xəbər verir ki, bunu rusiyalı finansçı Maksim Molderf deyiib. Onun fikrincə qızılın qiyməti yüksəlməyə davam edəcək, buna görə də sərmayənin təxminən 10%-ini qızıla qoymaq məntiqlidir.
"Qızıl adətən yüksək gəlir üçün deyil, maliyyə risklərinə qarşı "yastıq" kimi alınır. 2025-ci ildə qızılın qiyməti təxminən 60% artıb və bir neçə dəfə rekord həddə çatıb. Qiymət artımını bir neçə amillə izah edirlər: ABŞ Federal Ehtiyat Sisteminin siyasətini yumşalda biləcəyi gözləntiləri, dolların zəifləməsi, qlobal qeyri-müəyyənlik və mərkəzi bankların qızılı aktivlərinə daxil etməsi.
Molderf qeyd edir ki, ABŞ-da faiz dərəcələri düşsə və dünya maliyyə bazarlarında qeyri-müəyyənlik qalsa, qızıl investorlara daha etibarlı görünəcək.
Qeyd edək ki, 16 dekabrın statistikasına əsasən Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,7% artaraq 4 362,55 ABŞ dollarına bərabər olub.