Bikalyo "Qarabağ"dan gedir? - rəsmi AÇIQLAMA

Braziliya mediasında "Botafoqo" klubunun Pedro Bikalyonu satın almaq öhdəliyi ilə icarəyə götürmək üçün "Qarabağ"a təklif göndərməsi ilə bağlı xəbərlər yayılıb. Ağdam təmsilçisi Pedro Bikalyonun transfer xəbərləri ilə bağlı məsələyə aydınlıq gətirib.

Bikalyo

"Qarabağ" klubundan verilən məlumat görə, "Botafoqo" komandasından braziliyalı yarımmüdafiəçi ilə bağlı hər hansı rəsmi təklif göndərilməyib.

Xatırladaq ki, Pedro Bikalyo "Qarabağ"a bu ilin yay transfer pəncərəsində "Palmeyras"dan qoşulub. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədərdir.