Məğlubedilməz dünya çempionu karyerasını bitirdi

Dünya Boks Assosiasiyası (WBA), Dünya Boks Təşkilatı (WBO) və Beynəlxalq Boks Federasiyası (IBF) versiyaları üzrə ikinci orta çəki dərəcəsində dünya çempionu, ABŞ-li Terens Krouford karyerasını başa vurub.

meqale.com-ın xəbərinə görə,o, sosial mediada  "Möhtəşəm olaraq getmək, artıq isbat edəcək heç nə yoxdur", - deyə yazıb.

Qeyd edək ki, 38 yaşlı Krouford həmçinin yarım və birinci orta çəki dərəcələrində müxtəlif versiyalar üzrə çempionluq kəmərlərinə sahib olub. Boksçu bir dəfə də olsun peşəkar rinqdə məğlub olmayıb, onun aktivində 42 qələbə (31-i nokautla) var.