3 postan keçdi, 4-cü də 600 manat cərimələndi - FOTO
Lökbatan-Xocəvənd istiqamətində yük daşıyan sürücü gecə saat 02:00 radələrində Qaradağ, Sabirabad və İmişli postlarındakı tərəziləri problemsiz keçdiyini, lakin Füzuli tərəzisindən keçərkən 600 manatlıq cərimə ilə üzləşdiyini bildirir.
meqale.com xəbər verir ki, sürücü iddia edir ki, qeyd olunan tərəzidə yükünün 20 ton 60 kiloqram göstərilməsi düzgün deyil:
"Maşının boş çəkisi 6 tondur. Onu çıxandan sonra guya 14 tondan artıq yük qalıb. Bu isə mümkün deyil. Maşına 14 ton vurulsaydı, nəinki Xocəvəndə çatmaq, yerindən tərpənməzdi", - deyə o bildirir.
Qeyd edək ki, sürücünün sözlərinə görə, məsələ ilə bağlı şikayət eləyib.
Yollardakı tərəzilərin quraşdırılması AYNA tabeliyində olduğu üçün aidiyyatı quruma sorğu ünvanladıq.
Asya Hüseyn meqale.com