260 nəfərin öldüyü festivaldan sağ çıxan şəxs - Əvvəl elə bildik ki... - FOTO
İsraildə təşkil olunmuş "Supernova" festivalına HƏMAS üzvləri tərəfindən edilən basqından sağ çıxan amerikalı başına gələnləri danışıb.
meqale.com xarici mətbuata istinadla xəbər verir ki, İsrailə festival üçün gedən 28 yaşlı amerikalı Liroy Alex "Supernova" festivalından sağ çıxanlardan biridir.
Onun dediyinə görə əvvəlcə hərşeyin zarafat olduğunu düşünüb və partlayış səslərini ciddiyə almayıb. O, bu səslərin fişəng partlaması olduğunu fikirləşib.
Liroy Alex 911 xidmətinin köməyi ilə xilas olub, o, hazırda vətənində, Çikaqodadır.
Qeyd edək ki, Supernova festivalında 3000-dən çox insan iştirak edib. Onlardan çoxu əcnəbi olub. Festivala qatılan 260 nəfər həlak olub.