Zeynəblə Serkay eşq yaşayır
Türkiyəli müğənni Zeynəb Bastık şəxsi həyatı ilə gündəmə gəlib.
meqale.com axsam.az-a istinadən xəbər verir ki, sənətçi aktyor Serkay Tütüncü ilə eşq yaşamağa başlayıb.
Cütlük "Caplin" tamaşasında səmimi halda görülüb. Bununla yanaşı, onlar sosial şəbəkədə də biri-birini izləməyə başlayıb.
Qeyd edək ki, Zeynəb menecer Tolqa Akışla ailəli olub. Cütlük 2022-ci ildə boşanıb.