Yeni ailələrə 32 min veriləcək - bu ölkədə

Birləşmiş Ərəb Əmirlikləri ailə institutunu gücləndirmək üçün diqqətçəkən və kifayət qədər sərt mexanizmə start verib.

Yeni ailələrə 32 min veriləcək - bu ölkədə
Birləşmiş Ərəb Əmirlikləri ailə institutunu gücləndirmək üçün diqqətçəkən və kifayət qədər sərt mexanizmə start verib.

meqale.com xəbər verir ki, yeni qərara əsasən, ilk dəfə ailə quran Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına 70 min dirhəm (təxminən 32 min manat) məbləğində dövlət ödənişi veriləcək.

Lakin bu vəsaiti almaq üçün təkcə nikah kifayət etmir.

Qaydalara görə, evlənən cütlük əvvəlcə 6 ay davam edən xüsusi "ailə proqramı"ndan keçməlidir. Təlim çərçivəsində 12 modul üzrə dərslər keçirilir. Proqramda ailədaxili münasibətlər, psixologiya, maliyyə savadlılığı, valideynlərə və ailə üzvlərinə hörmət, analıq və atalıq məsuliyyəti kimi mövzular yer alır. Məqsəd ailələrin ilk illərdə dağılmasının qarşısını almaq və daha şüurlu nikahlar formalaşdırmaqdır.

Yalnız bu kursları uğurla başa vuran cütlüklər dövlət ödənişini almaq hüququ qazanır.

Proqramdan yararlanmaq üçün ciddi şərtlər müəyyən edilib:

yalnız BƏƏ vətəndaşları müraciət edə bilər (əcnəbilər və ekspatlar istisnadır);

bəyin yaşı 21-dən, gəlinin yaşı isə 18-dən yuxarı olmalıdır;

bəyin aylıq gəliri 25 min dirhəmdən çox olmamalıdır (təxminən 11,5 min manat);

nikah ilk nikah olmalıdır.

Qanun müəlliflərinin fikrincə, bu maarifləndirici mexanizm ailələrin daha möhkəm qurulmasına, eləcə də ölkədə geniş yayılmış həddindən artıq dəbdəbəli toyların azalmasına xidmət edəcək.