ASCO-nun bərə gəmiləri ilə rekord sayda avtomobil daşınıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb.

ASCO-nun bərə gəmiləri ilə rekord sayda avtomobil daşınıb
AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb.

meqale.com xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil üzrə əvvəlki rekord yenilənib və bu, son 5 ilin ən yüksək göstəricisi olub.

2025-ci ilin noyabr ayında bərə gəmiləri ilə 3 243 avtomobil daşınıb.

Beləliklə, dekabr ayında avtomobil daşımalarının həcmi noyabr ayı ilə müqayisədə təxminən 38 faiz artıb.