İşçinin ezamiyyə xərclərini almasının hüquqi əsası yaradılıb
Əmək müqaviləsi üzrə işləyən işçilərin hüquqları artırılıb.
meqale.com-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları olacaq:
əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya ona xitam verilməsi üçün işəgötürənə müraciət etmək; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaq. Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab ediləcək.