""Yataqxana"dan ərə getməyə UTANIRDIM"

Müğənni Xuraman Şuşalı səsləndirdiyi səmimi etiraflarla diqqət çəkib.

Müğənni Xuraman Şuşalı səsləndirdiyi səmimi etiraflarla diqqət çəkib.

meqale.com xəbər verir ki, sənətçi uşaqlıq və gənclik illərində yaşadığı ağır günləri xatırlayaraq bildirib:

"O vaxt çox elçim olub, amma utanırdım yataqxanadan gəlin köçməyə. Demişdim ki, ordan çıxmayacağam. Bacım da həmin yataqxanadan ər evinə getmişdi, həmişə başına söz atırdılar: 'Hardan gəlmisən ki?' Bəlkə də özünə xoş gəlməz eşitsə. Öz istəyimiz olmadan evimizdən, yurdumuzdan didərgin düşdük. 14 kvadratlıq evdə 7 nəfərlik ailə yaşayırdı. Ümumi ayaqyolundan istifadə edirdik, siçanlarla dolu idi".

Sənətçi o illərin onun üçün çox ağır keçdiyini vurğulayıb:

"Mənim günahım nə idi ki, 8 yaşından belə şəraitdə yaşayırdım? O yaşdan xəstə ana və atanın üzünə baxmalı oldum. Məktəbdə verilən nahara ehtiyacım olurdu".

Xuraman Şuşalı həyatdakı uğurlarının məhz o çətinliklərdən keçməklə formalaşdığını deyib: "Bu gün nə əldə etmişəmsə, səbəbi bir məqsədimin olmasıdır. Anam üçün nəsə etməliydim".