“Evdə tək”in aktyoru xanıma etdiyi təklifə görə cərimələndi

"Evdə tək" filmində canlandırdığı "Marv" obrazı ilə tanınan 68 yaşlı aktyor Daniel Stern-in fahişəlik xidmətindən istifadə etməyə cəhd göstərdiyi (solisitasiya) iddia olunur.

meqale.com xəbər verir ki, hadisə 10 dekabr 2025-ci ildə Kaliforniyanın Kamarillo şəhərindəki otellərdən birində baş verib. Ventura dairəsinin hüquq-mühafizə orqanları aktyora fahişəliklə bağlı protokol təqdim ediblər.

Hesabatda qeyd olunur ki, Stern bu insidentlə bağlı saxlanılmayıb və ya həbsxanaya aparılmayıb, sadəcə barəsində inzibati protokol tərtib edilib.

Aktyor 1980-ci ildən Laure Mattos ilə evlidir və üç övladı var. Övladlarından biri, Henri Stern Kaliforniya ştatının senatorudur.