Abşeronda zəncirvari qəza: Yaralananlar var
Abşeron rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistral yolunda qeydə alınıb.
Belə ki, "Opel", KIA və BYD markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.