"İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin"
Osmanlı tarixinin araşdırıcısı Fransevi Efendinin "Mən İranda Qacarlar sülaləsinin bərpasını və 1906-cı il konstitusiyasını dəstəkləyirəm" ifadəsinə beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik, şərhçi və alim Maykl Skott Doran münasibət bildirib.
meqale.com Globalinfo.az-a istinadən xəbər verir ki, Doran İranda hakimiyyətdə Səfəvilər sülaləsini görmək istədiyini vurğulayıb:
"Mən Səfəviləri dəstəkləyirəm. Şah İsmayıl uzaqgörən Azərbaycan monarxı idi," - Doran vurğulayıb.