Yasamalda yanğın yerindən görüntülər - FOTO
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən meqale.com-a verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov yanğın yerinə gəliblər.