Yankoviç ikinci dəfə ata oldu - FOTO
Monteneqro millisinin və "Qarabağ" klubunun yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub.
meqale.com xəbər verir ki, bu barədə futbolçu instaqram hesabında paylaşım edib.
O, paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib.
Qeyd edək ki, monteneqrolu futbolçunun bundan əvvəl - 2023-cü ildə dünyaya gələn Niksa adlı bir oğlu da var.
Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən "Köhlən atlar"ın heyətində çıxış edir.
Onu da bildirək ki, futbolçu UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" oyunu üçün ötən gün komanda ilə birlikdə İtaliyaya yollanıb.