“Yalı çapkını”nda daha bir eşq - FOTO
Türkiyənin "Star TV" telekanalında yayımlanan və sevilərək izlənilən serialı "Yalı çapkını"nın daha iki aktyorunun eşq yaşaması ilə bağlı iddialar yayılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, serialın "Fuat"ı Doğukan Polat və "Dicle" obrazını canlandıran Selen Özbayrak sevgilidir.
Qeyd edək ki, "Yalı çapkını" serialı 36-cı bölümü ilə mövsüm finalına çıxıb. Daha öncəki bölümlərdən birində "Fuat" avtomobil qəzasına düşərək həyatını itirib və buna görə aktyor serialdan ayrılıb.