Xaricdə olan seçicilərin dəqiqləşdirilməsi müddəti sabah başa çatır

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin seçki dairələri üzrə seçici siyahılarına daxil edilməsi (seçicilərin sayı haqqında məlumatlar əsasında) və dəqiqləşdirilməsi, habelə həmin seçki dairələrinin siyahılarının təsdiq edilməsi müddəti sabah başa çatır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Təqvim planına əsasən, siyahı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 25 gün qalanadək 2024-cü il yanvarın 13-dək təsdiq edilməlidir.

Bununla yanaşı, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti yanvarın 1-də başa çatır.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı isə 7-yə çatıb. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun