Xalq artisti Sabir Əliyevin 95 illiyinə həsr olunmuş konsert keçiriləcək
10 noyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan xalq artisti, violonçel ifaçısı Sabir Əliyevin 95 illiyinə həsr olunmuş konsert keçiriləcək.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış cello ifaçısı Mark Drobinski (Fransa) öz ifasını musiqisevərlərə təqdim edəcək.
Proqramda L.V.Beethoven "Eqmont" Uvertürası, C.Saint-Saëns - Cello və orkestr üçün 1 saylı Konserti (a-moll, op.33), W.A.Mozart "Don Juan" operasından Uvertüra və P.İ.Çaykovskinin "Rokoko mövzusuna variasiyalar" op.33 səslənəcək.