“Alisa möcüzələr diyarında” müasir səhnə texnologiyaları ilə səhnələşdirilib - FOTO
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yeni quruluşda neon üslublu interaktiv müzikal tamaşaçıların ixtiyarına verilib. Dünya ədəbiyyatının məşhur əsərlərindən olan "Alisa möcüzələr diyarında" bu dəfə müasir səhnə texnologiyaları, neon işıq həlləri, musiqi, rəqs və teatr elementlərinin sintezində səhnələşdirilib.
Tamaşada neon işıq effektləri və vizual həllər səhnə atmosferinin əsas ifadə vasitələrindən biri kimi istifadə olunub. İnteraktiv elementlər vasitəsilə səhnə ilə tamaşaçı arasında canlı ünsiyyət yaradılıb, tamaşaçılar hadisələrin gedişinə vizual və emosional baxımdan cəlb olunublar. Rəngarəng səhnə tərtibatı, canlı ifalar və xoreoqrafik nömrələr tamaşaya xüsusi dinamika qatıb.
Rollarda: