Filarmoniyada W.A.Mozart-ın 270 illiyinə həsr olunmuş konsert baş tutub - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar W.A.Mozart-ın 270 illiyinə həsr olunmuş konsert baş tutub.
Dirijor Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Rəfiqə Quluzadə (piano), Şərif Bağırov (klarnet), Nina Makarova (mezzo-soprano), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Renata Abubəkirova (violin), Rəna Rəhimova (viola) dinləyicilər qarşısında çıxış edib. Motsartı ədəbi oxucu Hüseynağa Aslanov təcəssüm etdirib.
Proqramda W.A.Mozart-ın Divertisment D-dur (I hissə), piano və orkestr üçün 23 nömrəli konsert (II hissə), piano üçün11 nömrəli sonata, III hissə "Rondo alla Turca" (piano və orkestr təqdimatında), klarnet və orkestr üçün konsert, A-dur (II-III hissələr), Adagio və Fuqa, violin və viola üçün Simfoniya-Konsert (II-III hissələr), "Fiqaronun toyu" və "Don Juan" operasından kompozisiyalar səslənib.