"Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir"

ABŞ-ın Venesuelada keçirdiyi xüsusi əməliyyatdan sonra Kubanı hansı taleyin gözlədiyini heç kim dəqiq deyə bilməz.

ABŞ-ın Venesuelada keçirdiyi xüsusi əməliyyatdan sonra Kubanı hansı taleyin gözlədiyini heç kim dəqiq deyə bilməz.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iri neft şirkətlərinin rəhbər şəxsləri ilə görüşdə bu barədə danışıb. O qeyd edib ki, Kuba neft və maliyyə baxımından Venesueladan asılı vəziyyətdə olub.

"Kuba pis vəziyyətdədir. Kuba neft və pul baxımından Venesuelaya güvənirdi və indi heç kim Kubanın başına nə gələcəyini bilmir. Onlar çox pis vəziyyətdədirlər", - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, Kuba Venesueladan fərqli olaraq, neft ehtiyatlarına və ya digər enerji resurslarına malik deyil.

meqale.com