Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTOlar
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Mixail Lidski (piano, Rusiya) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Johannes Brahms yaradıcılığına müraciət olunaraq, piano və orkestr üçün 2 saylı konsert B-dur, (op.83) və 3 saylı simfoniya F-dur, (op.90) səslənib.