Can Yaman saxlanılması barədə danışdı - FOTO

Məşhur türkiyəli aktyor Can Yaman İstanbulda narkotik əməliyyatı çərçivəsində qısa müddətə saxlanılıb və sonra sərbəst buraxılması barədə yayılan xəbərləri təkzib edib.

meqale.com xəbər verir ki, aktyor sosial media hesabında verdiyi açıqlamada ona qarşı irəli sürülən bütün iddiaların əsassız olduğunu vurğulayıb.

"Polisin bir çox məşhuru həbs etdiyi bir vaxtda üzərimdə narkotik gəzdirdiyimi düşünürsünüz? Əgər bunda ən kiçik bir həqiqət payı olsa idı, bu qədər tez sərbəst buraxılıb ertəsi gün İtaliyaya qayıtmazdım", - Can Yaman bildirib.

Qeyd edək ki, günlər əvvəl əməliyyatlar çərçivəsində Ceren Alper, Selen Görgüzel, Ayşə Sağlam və Nilüfər Batur Tokgöz kimi tanınmış şəxslər də saxlanılıb.