Türkiyədə futbolçuya ticarət mərkəzində silah çəkdilər - VİDEO - FOTO
İstanbulda ticarət mərkəzində Seneqal millisinin futbolçusu Papy Djilobodji ilə Abdullah A. arasında eskalatorda başlayan mübahisə silahlı insidentə çevrilib.
meqale.com xəbər verir ki, hadisə martın 20-də, saat 18:00 radələrində baş verib.
Məlumata görə, futbolçu dostu ilə alış-veriş etdikdən sonra çıxışa doğru hərəkət edərkən Abdullah A. ilə arasında gərginlik yaranıb. Qısa müddət sonra qarşı tərəf silah çıxararaq Djilobodjiyə hədə-qorxu gəlib.
Hadisə zamanı futbolçu təcavüzkara çətir ataraq özünü müdafiə etməyə çalışıb. Ticarət mərkəzinin təhlükəsizlik kameraları insidenti qeydə alıb.
Silahlı şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.