İstanbul-Krasnodar reysində problem - Sərnişinlər kabində saxlanıldı - VİDEO
İstanbuldan Rusiyanın Krasnodar şəhərinə uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Mineralnıye Vodıda eniş etmək məcburiyyətində qalıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya teleqram kanalları məlumat yayıb.
Sərnişinlərin dediyinə görə, İstanbuldan uçuş yerli vaxtla 13:30-a planlaşdırılıb, lakin təxminən iki saat gecikib. Uçuş zamanı pilot hava şəraiti səbəbindən Krasnodarda enişin mümkünsüz olduğunu və təyyarənin Soçiyə getdiyini açıqlayıb.