Trampın oğlu onunla nişanlandı - VİDEO
Prezident Donald Tramp 15 dekabr 2025-ci il tarixində Ağ Evdə böyük oğlu Donald Jr. ilə birlikdə Bettina Andersonla nişanlandığını açıqlayıb.
meqale.com xəbər verir ki, bu məlumatı ABŞ lideri Ağ Evdə çıxışı zamanı açıqlayıb.
"O, "hə" dedi", - atasından sonra çıxış edən kiçik Donald Tramp söyləyib.
Qeyd edək ki, 47 yaşlı Tramp və 38 yaşlı Anderson 2024-cü ildən münasibətdədirlər. ABŞ liderinin oğlu daha əvvəl Vanessa Trampla evli olub. Onların 5 övladı var. Cütlük ilk dəfə 2024-cü ilin avqust ayında görüntülənib və 2025-ci ilin yanvar ayında Anderson Donald Jr.-ı atasının prezidentlik andiçmə mərasiminə müşayiət edib.