Azərbaycanın ən çox investisiya yatırdığı ölkə məlum oldu
2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 4 milyard 736 milyon dollardan artıq olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213 milyon 485 min dollar və ya 4.7% çoxdur.
meqale.com Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2 milyard 39 milyon dollar olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658 milyon 90 min dollar və ya 47.7% yüksəkdir.
Ölkəmizə ən çox xarici investisiyanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı yatırıb: 1 milyard 243 milyon 118 min dollar.
Azərbaycanın xaricə qoyduğu birbaşa investisiyaların həcmində İsrail birincidir. Belə ki, bu ilin 9 ayında İsrail iqtisadiyyatına 542 milyon 661 min dollar yatırılıb.