Azərbaycan mebel idxalını artırıb
Bu ilin ilk on ayı ərzində Azərbaycana 362 milyon 760 min manatlıq mebel idxal olunub. 2024-cü ilin 12 ayı ərzində bu rəqəm 279,4 milyon manat olub.
meqale.com bildirir ki, bunu Trend-ə cavab olaraq Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan məlumat verib.
O, qeyd edib ki, bu il mebel idxalında ötən ilə nisbətdə 30% artım müşahidə edilib.
T.Ozan bildirib ki, ölkəmizə müxtəlif ölkələrdən mebel və mebel məhsulları idxal olunur. Türkiyə , Çin və İtaliya mebel idxalında siyahıya liderlik edirlər.
"Bugün mebel istehsalınin inkişaf etdirilməsi üçün ölkəmizdə kifayət qədər yaxşı şərait var . Mebel sahəsi inkişaf etdikcə ölkəmizdə mebel məhsullarının ixracı prosesi də artıq başlayıb".
T.Ozan qeyd edib ki, mebelçilərimiz öz məhsullarını dünya bazarlarına çıxarmaq üçün yeni və əlverişli bazarlar axtarırlar.